Rusiyanın əlavə variantı qalmadı - “Qarabağda separatçılar tərksilah edilir”...


“Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərinin cavabını ötən gün prezident İlham Əliyev konkret olaraq verib. Çünki Lavrovun hansı missiya ilə gələcəyi və təkliflər paketində hansı məsələlərin olduğu bəlli idi”.

Bu fikirləri Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərini şərh edən politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, Lavrovun Ermənistanla konkretləşdirildiyi planı Kremldə müzakirə etdikdən sonra Bakı səfərindən əliboş döndüyünü qeyd etmək olar: “Çünki Moskvanın əsas planında ermənilərin Qarabağda statusu, Xocalı aeroportunun açılması və Azərbaycanın “KTMT”yə və Avrasiya İttifaqına qoşulması yer alır. Lavrovun Bakı danışıqlarında Azərbaycanın mövqeyi diqqətə çatdırıldı və demək olar ki, heç bir razılaşma əldə olunmadı. Azərbaycanın Türkiyə ilə siyasi kordinasiyali fəaliyyəti nəticəsində Rusiya Azərbaycana təzyiq etmək siyasətinə getmir və sadəcə əməkdaşlığın elə bir növü təklif olunur ki, rəsmi Bakı Moskvadan asılı qalsın. Bakı üçün strateji olaraq Moskva ilə əməkdaşlıq labüddür, amma bu Ankara və Bakı birgə kordinasiyalı fəaliyyəti nəticəsində reallaşacaq”.

Politoloq əlavə edib ki, bu danışıqlarda “İskəndər-M” raketi minalanmış ərazilərin xəritəsi, sülhməramlı qüvvələrinin məsuliyyət zonasında separtçıların fəaliyyəti, qanunsuz silahlı erməni birləşmələrinin çıxarılması danışıqlar predmeti olub: “Bundan əlavə, Azərbaycan Qarabağla bağlı siyasi müstəvidə ciddi irəliləyişlər əldə edib. Demək olar ki, Qarabağda separatçıların tərksilah edilməsi reallaşacaq. Çünki, Qarabağda silahli erməni birləşmələri Cənubi Osetiya presidenti yaradır. Silahlı erməni birləşmələrinin ləğvi məsələsində Moskva maraqlı deyil. Amma, Rusiyanın əlavə variantı yoxdur. (Konkret.az)