Kiyevdə qadın metroda uşaq dünyaya gətirdi - VİDEO


Kiyevdə qadın metroda uşaq dünyaya gətirib.

“İnterfaks”ın məlumatına görə, bu barədə Ukrayna paytaxtının polis idarəsindən bildirilib.

Məlumata görə, stansiyada növbə çəkən polislər kiminsə kömək istədiyini eşidiblər. Səs gələn tərəfə gedən hüquq mühafizəçiləri yerə uzanmış qadın və qucağında körpə uşaq görüblər. Onlar qadına dərhal odeyal, su, gigiyena vasitələri veriblər və həkim çağırıblar.

Hazırda xəstəxanada olan qadının və körpənin vəziyyətinin yaxşı olduğu bildirilir.