Tramp əleyhdarları yeni siyasi hərəkat yaradıblar


150-dən çox respublikaçıdan ibarət bir qrup siyasətçi keçmiş ABŞ prezidenti Donald Tramp əleyhinə yeni siyasi hərəkat yaradıblar.

Bu barədə CNN məlumat verib.

Məlumata görə, hərəkatın başlıca məqsədi Respublikaçılar partiyasınında islahatlar aparmaq və partiya daxilində Trampın nüfuzunu zəiflətməkdir.

ABŞ Nümayəndələr palatasının 27 nəfər keçmiş üzvünün də yeni hərəkata qoşulduğu bildirilib.