Hücuma məruz qalmış ABŞ şirkəti hakerlərə milyonlarla dollar ödədi


Haker hücumuna məruz qalmış ABŞ-ın ən iri boru operatoru şirkəti olan “Colonial Pipeline” öz məlumatlar bazasına girişi bərpa etmək üçün kibercinayətkarlara giröv ödəyib.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata əsasən, şirkət rəhbərliyi tərəfindən ödəniş mayın 7-də, hücumun baş verdiyi ilk saatlarda həyata keçirilib. 5 milon dollar alan hakerlər lazımi şifrələri təqdim ediblər.

Xatırladaq ki, bir müddət öncə “The Washington Post” nəşri boru operatorunun hakerlərə ödəniş etmək fikrində olmadığını bildirmişdi.

Qeyd edək ki, hazırda operator bir neçə günlük fasilədən sonra öz fəliyyətini bərpa edib.