Konte və Lautaro yumruq döyüşünə çıxdılar – VİDEO


“İnter”in baş məşqçisi Antonio Konte ilə komandanın hücumçusu Lautaro Martinez arasında yaşanan konflikt boks döyüşü ilə nəticələnib.

İtaliyalı futbol mütəxəssisi özünün “Instagram” səhifəsində hadisənin görüntülərini paylaşıb.

Baş verənlər klubun bugünki təlim-məşq toplanışı zamanı qeydə alınıb.

Xatırladaq ki, dünənki “İnter”-“Roma” matçının 36-cı dəqiqəsində meydana daxil olan Martinez 77-ci dəqiqədə əvəzlənib. Hücumçu baş məşqçinin bu qərarına emosional şəkildə reaksiya verib. O, Kontenin əlini sıxmaqdan imtina edərək, su şüşəsini kənara tullayıb.

Bugünki məşq zamanı isə “İnter”in oyunçuları tərəflər arasında zarafatyana bosk qarşılaşması təşkil ediblər.