Səfirlik: Pakistan və Azərbaycan arasında mükəmməl əlaqələr var


Pakistanın Azərbaycandakı səfirliyi iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 29-cu ildönümü ilə bağlı bəyanat yayıb.

Bəyanat diplomatik nümayəndəliyin tvitter səhifəsində yerləşdirilib.

Bəyanatda bildirilib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub.

“Bu gün, iyunun 9-da Pakistanla Azərbaycan arasında diplomatik əlaqələrin qurulumasının 29-cu ildönümü tamam olur. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyunun 9-da qurulub. 1993-cü il martın 12-də Pakistan İslam Respublikasının Bakıda səfirliyi açılıb. 1997-ci il avqustun 24-də Azərbaycan Respublikasının səfirliyi İslamabadda açılıb”, - sənəddə deyilib.

“İki qardaş ölkə kökləri ortaq mədəniyyətimizə, irsimizə və inancımıza çatan mükəmməl əlaqələrə malikdir”, - səfirlikdən qeyd edilib. (Report)