Ramiz Əzizbəyli vəfat etdi - Video


Bu gün Xalq artisti Ramiz Əzizbəyli vəfat edib.


Correct.az "Bakupost.az"a istinadən xəbər verir ki, bu barədə Xalq artistinin ailəsindən məlumat verilib.

O, bu gün axşam saatlarında xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Xalq artisi Ramiz Əzizbəyli bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Bundan əvvəl isə üç dəfə insult keçirmişdi. O, uzun müddətdir ki, yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkirdi. Onun bir ayağındakı barmaqları amputasiya edilmişdi.