“Mübariz Qurbanlı Azərbaycan vətəndaşlarını və Prezidenti aldatmağa çalışır…” – Fotofakt


Allahverdi Aydın tərəfindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı haqqında olan sosial şəbəkə hesablarındakı paylaşımı diqqət çəkib. Hokm.az araşdırmanı sizlərə təqdim edir:
Kim kimi aldadır?
İnternet dövrü az qalır başa çatsın, hələ də bəzi insanlar özlərini orta əsrlərdə hiss edirlər. Başlarını quma soxublar, elə zənn edirlər ki, heç kim etdikləri əməlləri görmür…
Deməli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının və Komitənin “Facebook” hesabında, həmçinin Komitənin rəsmi saytında belə bir məlumat verilib ki, bəs Mübariz Qurbanlının məqaləsi ABŞ-ın nüfuzlu xəbər saytında yayımlanıb (“skrin” rəydə).
Cəmi 1 dəqiqə araşdırmaq kifayət edir ki, dövlət Komitəsini nüfuzlu dediyi “The Washington Outsider” (thewo.us) adlı saytın cəmi 2 gün əvvəl fəaliyyətə başladığını görəsən .

O zaman kim kimi aldadır?
Ya, Mübariz Qurbanlı Azərbaycan vətəndaşlarını və Prezidenti aldatmağa çalışır ki, bəs belə “mühüm” işlərlə də məşğuldu?
Ya, Komitənin işçiləri Mübariz Qurbanlılı aldadır ki, bəs biz sənin məqaləni “nüfuzlu” saytlarda yayımladırıq.
Ya da, ABŞ-dakı “fırıldaqçı” şəbəkə həm Komitənin işçilərini, həm də Mübariz Qurbanlını aldadır…
2020-ci ildə ABŞ-da “Timberwolf Phoenix LLC” adlı şirkət təsis olunub. Yeri gəlmişkən, Mübariz Qurbanlının oğlu Orxan Qurbanlının 2014-cü ildə təsis etdiyi şirkətin adı “Phoenix Group” MMC olub . Bu şirkətin başında duranılar 2020-ci ilin mart ayında “republic-underground.com”, 2021-ci ilin iyun ayında “thewo.us” adlı saytlar qurublar. Bu saytlarda əsasən Azərbaycanla bağlı yazılar yayımlanır. Saytların “Facebook”dakı səhifələri o qədər “populiyardı” ki, 70-100 adam bəyənib.

Paylaşımlardan belə görünür ki, bu işləri “Timberwolf Phoenix LLC” şirkətinin başınada duranlardan biri – İrina Tsukerman adlı bir xanım görür. Bu xanımın “Facebook” şəkillərinə baxanda Bakıdan ona tez-tez “hədiyyələr” də göndərildiyini görmək olar. Mübariz Qurbanlının məqaləsini “nüfuzlu” deyərək 2 gün əvvəl açılan saytda yayımlayan İrina xanıma Diasporla İş üzrə Dövlət Komitəsinin sədri tərəfindən də ötən il diplom verilib. Guya İrina xanım Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırırmış
P.S. Mübariz Qurbanlı və Dini Komitə səhvlərini başa düşüb paylaşımlarını səssizcə siliblər…
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırı.  (Hokm.az)