Ermənistanda seçicilərə rüşvət verən deputatlığa namizəd saxlanıldı


Ermənistanda deputatlığa namizəd Q.S. həbs edilib.

 

Correct.az  erməni KİV-nə isitnadla xəbər verir ki, bu barədə Ermənistanın Xüsusi istintaq Xidmətinin məlumatında deyilir. Həbs edilən Q.S. seçicilərə rüşvət verməkdə ittiham olunur. Onunla yanaşı, X.M. və K.K. adlı polis əməkdaşları da saxlanılıb.

 

Qeyd edək ki, “Şərəfim var” blokunun üzvü Arsen Babayan “Facebook” səhifəsində həbs edilən namizədin Qor Sedrakyan olduğunu yazıb.

 

Xatırladaq ki, "Şərəfim var" blokunun rəhbəri Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyandır. Bu bloka eks-prezident Serj Sarqsyan dəstək verir.