"Barselona" niderlandlı hücumçunu transfer etdi


İspaniyanın "Barselona" klubu yeni transferini açıqlayıb.

Correct.az Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, son olaraq Fransa "Lion"unda çıxış etmiş Niderland millisinin hücumçusu Memfis Depayla müqavilə imzalanıb.

27 yaşlı forvard iki il "Barselona"nın şərəfini qoruyacaq.

Qeyd edək ki, Memfis Depay 2017-ci ildən "Lion"un formasını geyinib.