Moskvada anbarda güclü yanğın - Zəhərlənənlər var


Moskvanın Lujnetskaya sahili rayonunda pirotexniki məhsulların saxlanıldığı anbarda yanğın baş verib.

Correct.az-ın “İnterfaks”a istinadən məlumatına görə, yanğın zamanı 4 nəfər zəhərlənib. Onlardan biri anbar işçisi, üçü isə yanğınsöndürəndir. Yanğınsöndürənlərdən ikisi yüngül xəsarət aldığından xəstəxanaya yerləşdirilməyib. 500 kvadrat metr ərazidə yanğının qarşısı alınıb.