“Qalatasaray”ın yeni prezidenti məlum oldu


Türkiyənin “Qalatasaray” futbol klubunun yeni prezidenti bəlli olub.

“Haber Global” məlumat verir ki, “Qalatasaray”ın yeni rəhbərinin adı seçkilər nəticəsində müəyyənləşib.

Seçkidə beş namizəd iştirak edib.

Bütün rəqiblərini geridə qoyan Burak Elmas “sarı-qırmızıların” 38-ci prezidenti seçilib.