Conidən Moskvadakı azərbaycanlı toyunda möhtəşəm rəqs - VİDEO


Azərbaycan əsilli rusiyalı ifaçı Jony (Cahid Hüseynli) Moskva şəhərində həmyerlilərimizin toyunda iştirak edib.

Sənətçi, xüsusən, toyda oynadığı Azərbaycan milli rəqslərindən biri ilə diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, Cahid Hüseynli 1996-cı ildə Bakı şəhərində anadan olub.

Bir müddət sonra ailəsi ilə birgə Moskva şəhərinə köçüb.

Gənc yaşlarından musiqiyə marağı olan Cahid Hüseynli ilk olaraq “Instagram” vasitəsi ilə tanınmağa başlayıb.

Hazırda Cahid Hüseynli Rusiyada yaşıdları arasında ən populyar musiqiçilərdən sayılır.