Masallıda gənc qadın əri ilə mübahisə zamanı özünə xəsarət yetirib


Masallıda gənc qadın özünə bıçaqla xəsarət yetirib.

“Report” xəbər verir ki, hadisə rayonun İsgəndərli kəndində baş verib.

Kənd sakini, Abşeron rayonunun Mehdiabad qəsəbəsində yaşayan 2003-cü il təvəllüdlü Günay Vüsal qızı Məmmədova bir müddət əvvəl atasının evinə qayıdıb. Onun əri, Mehdiabad qəsəbə sakini, 1988-ci il təvəllüdlü Böyükağa Əhliman oğlu Orucov qadını geri qaytarmaq üçün Masallıya gəlib. Lakin bu zaman onlar arasında münaqişə yaranıb. Münaqişə zamanı G.Məmmədova bıçaqla özünə xəsarət yetirib.

Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona qarının ön divarının daxilə nüfuz edən kəsilmiş-deşilmiş yarası, ağ ciyər səthinin zədəsi diaqnozu qoyulub. G.Məmmədova əməliyyat edilib.

Faktla bağlı araşdırma aparılır.