AVRO-2020: A qrupunun taleyi həll olunur, Bakıda və Romada heyətlər açıqlandı - YENİLƏNİR


Bu gün Azərbaycanın da ev sahiblərindən biri olduğu AVRO-2020-nin A qrupunda son oyunlar keçiriləcək.

Correct.az xəbər verir ki, qardaş Türkiyə komandası qrupdan çıxmaq üçün cüzi şansını saxlamaq üçün Bakı Olimpiya Stadionunda İsveçrə millisinə qalib gəlməyə çalışacaq.

Qrup lideri İtaliya isə Romada Uelsi qəbul edəcək.

Hər iki oyun eyni saatda – 20:00-da start götürəcək.

Artıq hər iki qarşılaşmada start heyətləri açıqlanıb.

Türkiyə - İsveçrə matçında tərəflər aşağıdakı heyətlərlə oyuna başlayacaqlar:

İsveçrə: 1. Yan Zommer, 3. Silvan Vidmer, 4. Niko Elvedi, 5. Manuel Akanci, 7. Bril Embolo, 8. Remo Froyler, 9. Haris Seferoviç, 10. Qranik Caka (K), 13. Rikardo Rodriges, 14. Stiven Tsuber, 23. Cerdan Şakiri

Türkiyə: 23. Uğurcan Çakır, 2. Zeki Çelik, 3. Merih Demiral, 4. Çağlar Söyüncü, 6. Ozan Tufan, 7. Cengiz Ünder, 10. Hakan Çalhanoğlu, 17. Burak Yılmaz (k), 21. İrfan Can Kahveci, 22. Kaan Ayhan, 25. Mert Müldür

İtaliya – Uels qarşılaşmasında isə aşağıdakı futbolçular ilk dəqiqədən etibarən meydanda olacaqlar:

İtaliya: Donnarumma; Toloi, Bonuççi, Bastoni, Emerson; Verratti, Jorjinyo, Pessina; Bernardeski, Kyeza, Belotti

Uels: Uard; Roberts, Qunter, Rodon, Ampadu, N. Uilliams; Morrell, Allen; Beyl, Remzi, Ceyms