Rusiyanın hücum planı: Türkiyə PUA-ları cavab zərbələri endirəcək - Nazirdən açıqlama


Ukraynanın xarici işlər naziri Dmitro Kuleba baş verən son proseslərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Correct.az xəbər verir ki, o, ABŞ Prezidenti Co Baydenin Avropa turuna Ukrayna Prezidenti Vladimir Zelinski ilə görüşlə başladığını xatırladıb. Kuleba "Bayden Putin ilə görüş ərəfəsində Zelenski ilə mövqələri kordinasiya etmək üçün danışıb. Ukraynanın iştirakı olmadan Ukrayna ilə bağlı anlaşmaya imza atmaq mümkün deyil" deyə bildirib.

Nazir həmçinin Türkiyə PUA-larının keyfiyyətindən danışıb:

"Türkiyə öz nüfuzu və gücünə görə Rusiyanın təzyiqinə boyun əymədi. Strateji olaraq iki şey etmək istəyirik: Türkiyə PUA-larının Ukrayna mühərrikləri ilə təchiz olunmasını və PUA istehsalını Ukraynada yerli istehsala çevirməyi".

Kuleba Rusiyanın hər hansı hücum etmədən əvvəl yaxşı düşünməli olduğunu, PUA-ların buna necə cavab verəcəyini dilə gətirib. (redaktor.az)