Ermənistanın Baş Prokurorluğu seçki prosesində qanun pozulması hallarının sayını açıqladı


Ermənistanın Baş Prokurorluğuna seçki prosesində qanunları pozulması ilə əlaqədar 64 məlumat daxil olub.

Correct.az “oxu.az”a istinadən xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

“Bunlar, xüsusən səsvermənin gizliliyinin, seçki siyahılarının tərtib edilməsi prosedurunun pozulması, çoxsaylı səsvermə, rüşvət almaq və ya vermək, seçki hüquqlarının həyata keçirilməsinə mane olmaq, seçki məntəqələrində və ya ətraf ərazilərdə zorakılığa əl atmaqla əlaqədardır”, - deyə Ermənistan Baş Prokurorluğunun nümayəndəsi Edqar Arsenyan bildirib.