İrəvanda silahlı insident: Xüsusi təyinatlılar yeridildi – Video


Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirildiyi bir zamanda İrəvanın Gülbenkyan küçəsində silahlı insident baş verib.

Correct.az xəbər verir ki, naməlum kişi odlu silahdan istifadə edərək öz evinin pəncərəsindən küçəyə atəş açıb.

Qeyd olunan ünvana xüsusi təyinatlılar yeridilib.

Asayiş pozuçusunun zərərsizləşdirildiyi və saxlanılaraq polis şöbəsinə aparıldığı bildirilib.

Şəxsin ov silahından atəş açdığı bildirilir. (olke.az)