Bakıya gizli gələn XİN rəhbəri kimdir?


Dost dövlətlərdən birinin xarici işlər naziri Bakıya gəlib.
 
Correct.az xəbər verir ki, bu barədə məlumatı politoloq Elxan Şahinoğlu yayıb. O bildirib ki, bu barədə məlumatı həmin dövlətdəki mənbələrindən əldə edib:
 
“Bu barədə əvvəlcədən məlumat yayılmayıb. Böyük ehtimalla bu barədə xəbər ya bu gün, ya da sabah yayılacaq. Görünən odur ki, müharibə və ondan sonrakı dövr, o cümlədən Şuşa Bəyannaməsi ilə artan Türkiyə-Azərbaycan hərbi ittifaqı digər türkdilli dövlətlərin də ciddi marağına səbəb olub”. (bakupost.az)