“İt hürər, karvan keçər" – Rusiyalı hərbi ekspertdən Qarabağın “statusu” ilə bağlı ilginc açıqlama


“Parisdən fərqli olaraq Bakı və Moskva Qarabağın “statusunu” müzakirə etmir”.

Bu fikirləri rusiyalı hərbi ekspert Aleksandr Perendjiev Qafqaz Bürosuna verdiyi açıqlamasında səsləndirib. O fikirlərini belə davam etdirib: “Hazırda yalnız rəsmi İrəvanın nəzarəti altında olan Azərbaycan bölgələrinə müvəqqəti xüsusi status verilməsi haqda danışmaq mümkündür. Lakin belə olan halda “yol xəritəsi” formalaşdırılmalıdır və həmin ərazilər də tədricən rəsmi Bakının tam yurisdiksiyasına keçməlidir”.

Aleksandr Perendjievin sözlərinə görə, İrəvan və Paris vaxtaşırı bir-birilərinə Dağlıq Qarabağın statusu barədə xatırladacaqlar. Amma bu sadəcə məlumat xarakteri daşıyacaq və boş sözdən başqa bir şey olmayacaq. “Hər şey qədim şərq atalar sözündə deyildiyi kimi baş verəcək: “İt hürər, karvan keçər”. Müasir müdriklər isə belə deyirlər ki, “Köpək çox hgüclü və hirslə hürür, nə vaxt ki karvan doğru istiqamətə hərəkət etmir”. Eyni söhbəti Parisin fəaliyyətinə də aid etmək olar” – deyə ekspert vurğulayıb.