Makrondan skandal addım: “Bu, ölkənin ərazi bütövlüyünə qəsddir”


Suriya Müxalifət və İnqilabçı Qüvvələr Milli Koalisiyası Fransa Prezidenti Emmanuel Makronun PKK terror təşkilatının Suriyadakı qanadı PYD/YPG-nin rəhbərlik etdiyi “Suriya Demokratik Şurası”nın üzvləri ilə görüşməsinə reaksiya verib.

Correct.az  xəbər verir ki, açıqlamada PYD/YPG terror təşkilatının PKK birbaşa əlaqələrinin olduğu vurğulanıb və Fransa liderinin terrorçulara görüşünə etiraz edilib.

Makronun terrorçulara görüşünün Suriyanın ərazi bütövlüyünə qarşı qəsd olduğu bildirilib:

“Fransa prezidentinin PYD-nin terrorçu heyəti ilə görüşü kədərli və narahatedicidir. PYD ilə təmaslara yolun açılması, PKK terror təşkilatı ilə birbaşa əlaqələqin qurulmasının elan edilməsi deməkdir. Bu şəxslər Suriya xalqına qarşı cinayət törədiblər. Onların tanınması Suriyanın ərazi bütövlüyünün pozulması anlamına gəlir”.