“Ermənistan bir neçə yolun paralel açılmasından narahatdır“ - Ekspert


“Ermənistanın Naxçıvan istiqamətində atəşkəsi pozması, Kəlbəcərin Yuxarı Şorca və Laçının Qara göl ərazisində baş verən hadisələrlə məcburən barışdığına işarə edir”.

Correct.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. O, qeyd edib ki, Şərqi Zəngəzurdan bəhs etməyimiz isə ermənilərin Qarabağdan daha az danışması ilə nəticələnir:

“Ermənistan Naxçıvanla əlaqəmizin yaranmasına etiraz etmək imkanına da malik deyil. Sənəddə imzası var. İşğalçı ölkə dəhlizin adından və bir neçə yolun paralel açılmasından narahatdır. Bu da Şuşa və Hadrut sancısı kimi zamanla keçəcək”.  (Yenisabah.az)