Ermənilər Kalaşnikovu ölümlə hədələyir


Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə Komitəsinin sədri, Rusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü Leonid Kalaşnikov erməni millətçilərinin hədəfinə tuş gəlib.

Buna səbəb komitə sədrinin Azərbaycan-Ermənistan sərhədində qeydə alınan gərginliklə bağlı verdiyi obyektiv açıqlama olub.

“Nə Ermənistanın, nə də Qırğızıstanın dövlət sərhədləri pozulmayıb. Delimitasiya müharibə deyil, danışıqlar predmetidir. Bu məsələləri güc yolu ilə, hələ Rusiyanı cəlb etməklə həll etmək istəyi tam axmaqlıqdır. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı bunun üçün yaradılmayıb”, - deyə Kalaşnikov açıqlamasında söyləmişdi.

Leonid Kalaşnikovun bu açıqlaması erməni millətçilərinin qəzəbinə səbəb olub. Erməni Telegram səhifələri, ekstremist VOMA hərbi qruplaşması və “Sasna Tsrer” partiyasının rəsmi nümayəndələri kommunist deputatın ünvanına ölüm hədələri səslənib. (Modern.az)