Paşinyan Koçaryanla Sarkisyanı təbrik etdi


Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan müxalifət partiyalarını parlamentə keçməsi münasibətilə təbrik edib.

Correct.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, “Ermənistan” və “Şərəf duyuram” bloklarının üzvlərinə təbrik ünvanlayıb.

“Qeyd etməliyəm ki, Ermənistan tarixində ilk dəfə seçkilər daxili siyasi böhranı həll etmək vasitəsi oldu. Bundan əvvəl, seçkilərin nəticələrinə əsasən, siyasi böhranla qarşılaşırdıq”,- deyə Paşinyan vurğulayıb.

Xatırladaq ki, Paşinyanın təbrik etdiyi “Ermənistan” blokuna Robert Koçaryan, “Şərəf duyuram” blokuna isə eks-prezident Serj Sarkisyan rəhbərlik edir.  (Modern.az)