“Rusiya silah sataraq Azərbaycana kömək edirdi” - Ermənilərdən “qırmızı” açıqlama


Ermənistandakı “Modus Vivendi” tədqiqat mərkəzinin rəhbəri Ara Papian hesab edir ki, Ermənistan 44 günlük sonunci Qarabağ savaşı, bundan sonra Azərbaycan-Ermənistan sərhədində yaranmış mövcud vəziyyətə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin, ilk növbədə də Rusiyanın hərəkətsizliyinə görə, Qərb ölkələri ilə hərbi əməkdaşlığı genişləndirməlidir.

“Bu, yeganə çıxış yoludur, ona görə də bunu gerçəkləşdirmək üçün bütün imkanlara əl atmalıyıq. Aydındır ki, Rusiyanın maraqları indi Türkiyə və Azərbaycanın maraqları ilə üst-üstə düşür. Onlar bunu bir neçə dəfə, müxtəlif səviyyələrdə də deyiblər. Nəticə olaraq, ortaq maraqlar, ortaq müttəfiq münasibətləri yoxdursa, münasibətlər formal xarakter daşıyır. Məsələn, biz Kollektib Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətik. Hansı ki, birinci maddə, müttəfiq ölkəyə zərər verə biləcək hər hansı bir hərəkəti qadağan edilir. Amma Rusiya daima silah sataraq Azərbaycana kömək edirdi. Ona görə də hesab edirəm ki, biz NATO üzvü olmayan müttəfiq kimi mütləq ABŞ və Fransa ilə hərbi əməkdaşlığı inkişaf etdirməyə çalışmalıyıq və əgər Kollektib Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlük buna mane olsa, onda biz bu təşkilatdan çıxmalıyıq,-deyə Papian vurğulayıb”.  (Azadliq.org)