Daha bir marşrut xətti “BakıKart”a keçdi


Sabahdan 92 nömrəli marşrut xətti (Binəqədi qəsəbəsini - "Memar Əcəmi" m/st ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Correct.az bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlardakı marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

- Dairəvi, Binəqədi qəs. (Binəqədi rayonu);

- 4-cü məhəllə,Biləcəri qəs. (Binəqədi rayonu);

- Asəf Zeynallı, döngə 1/1 (Binəqədi rayonu);

- Xaqani küç, Biləcəri qəs. (Binəqədi rayonu);

- Əhməd Qasımov küç (Binəqədi rayonu);

- Yəhya Hüseynov 16 (Binəqədi rayonu);

- Rəşid İsmayılov 56 (Binəqədi rayonu);

- Asif Məhərrəmov 1 (Nəsimi rayonu);

- Asif Məhərrəmov 76A (Nəsimi rayonu).