Vəfat edən qazi ilə bağlı rəsmi açıqlama


Vətən müharibəsi qazisi, baş leytenant Cahangirli Habil Həzər oğlu bu gün səhər saatlarında müalicə aldığı Ankaranın Hacettepe Universitetinin xəstəxanasında dünyasını dəyişib.

Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumat verilib.

Bildirilib ki, mərhumun nəşinin Azərbaycana gətirilməsi üçün müvafiq prosedurlar həyata keçirilir.

Qeyd edək ki, baş leytenant Cahangirli Habil Həzər oğlu Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Füzulinin azad edilməsinə görə" və "Xocavəndin azad edilməsinə görə" medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!