Rusiyadan Türkiyəyə dəstək gəldi - 3 təyyarə göndərdilər


Dünən günorta saatlarından Antaliyanın Managvat mahalında baş verən yanğınların söndürülməsi işi davam edir.

Correct.az  xəbər verir ki, baş verən hadisədən sonra Rusiya Türkiyəyə 3 ədəd "Be-200" yanğınsöndürmə təyyarəsi göndərib.

Məlumatı Rusiyanın Türkiyədəki Səfirliyi tvitterdə paylaşıb.

Paylaşımda deyilir: “Türkiyənin cənubunda baş verən yanğınların ən qısa müddətdə və ən az zərərlə söndürülməsi üçün çalışırıq. Rusiyanın 3 ədəd "Be-200" yanğın söndürmə təyyarələri iş başındadır və hava yolu ilə Türkiyəyə kömək edir”.