KTMT sərhəddəki vəziyyətdən narahatdır


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Cənubi Qafqazda gərginliyin artması təhlükəsi ilə bağlı dərin narahatlığını ifadə edib.

Correct.az  xəbər verir ki, o, regionda gərginliyin daha da artmasının ciddi narahatlıq doğurduğunu və bunun 2020-ci il noyabrın 9-da imzalanan üçtərəfli bəyanatın icrasına mənfi təsir edə biləcəyini bildirib. 

 

“Gücdən istifadənin yolverilməz olduğunu hesab edirik. Ziddiyyətli məsələlərin həlli üçün müstəsna olaraq siyasi-diplomatik vasitələrdən istifadə olunmalıdır”, - deyə KTMT-nin Baş katibi qeyd edib.

Zas, həmçinin Rusiyanın regionda vəziyyətin sabitlənməsinə yönəlmiş səylərini yüksək qiymətləndirib.