Adil Əliyev Türkiyəyə başsağlığı verdi


Milli Məclisin sədr müavini Adil Əliyev Türkiyəyə meşə yanğınları zamanı həlak olanlarla bağlı başsağlığı verib.

Correct.az-ın xəbərinə görə, A.Əliyev bu barədə “Facebook” hesabında yazıb.

“Qardaş Türkiyədə meşə yanğınlarının davam etməsi, yanğın zamanı nəticəsində qardaşlarımızın həyatlarını itirməsi xəbəri bizi çox sarsıtdı. Baş vermiş hadisə nəticəsində həlak olanlara Allahdan rəhmət, habelə ailələrinə, yaxınlarına səbr diləyirəm” – vitse-spiker qeyd edib.