Fuad Muradov saxlanıldı


“Milli Fədailər Hərəkatı”nın qurucusu Fuad Muradov saxlanılıb.

Bu barədə hüquqşünas Aslan İsmayılov məlumat yayıb.

O, 10 sentyabrda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə F.Muradovdan şikayət etdiyini bildirib. Belə ki, hüquqşünas həmin şəxs tərəfindən təhqir olunduğunu iddia edib.

Nəticədə Fuad Muradov şübhəli şəxs kimi saxlanılıb.

Məsələ ilə bağlı araşdırmanın aparıldığı bildirilir.