“Ölkədəki Rusiya və İran agentləri zərərsizləşdirilməlidir” – Eks - spiker


Azərbaycan parlamentinin sabiq spikeri Rəsul Quliyev ölkədəki xarici qüvvələrə bağlı şəxslərin aşkarlanaraq zərərləşdirilməsinin vacibliyi haqda açıqlama verib.

O, həmin qüvvələri Azərbaycan üçün çox böyük təhlükə adlandırıb:

"Rusiya Azərbaycanda hər hansı çevriliş edə bilməz. Buna baxmayaraq, orduda, polislər, yüksək rütbəli çinovniklər arasında Rusiya agentləri aşkar edilərək zərərsizləşdirmə prosesi aktivləşdirilsə, yaxşı olardı. Paralel olaraq, din idarələrində gizlənmiş daha təhlükəli İran agentləri zərərsizləşdirməlidir. Kiminsə Azərbaycan ordusunun qələbəsini İran dini liderinin fətvasına görə baş tutduğunu iddia etməsi çox təhlükəlidir. Deməli, bu insan bizə sağlam münasibəti olmayan birisini ölkədə təbliğ edir. Bundan qorxmaq lazımdır. Onların çoxu özünü gicbəsər, yaltaq göstərməklə təlxəklik edirlər. Tarixdə saray təlxəklərinin dövlət çevrilişində rolları haqda çoxsaylı faktlar var”. (Sfera.az)