“Ermənistan İranla sərhədini itirərsə....” – Rusiyalı politoloqdan proqnoz


“Əgər Ermənistan İranla sərhədini itirərsə, yaxud bu sərhəd effektiv olmasa, Ermənistanın mövcudluğu sual altına alınacaq”.

Correct.az xəbər verir ki, bunu rusiyalı politoloq Aleksey Martınov söyləyib.

O, İran sərhədinin Yerevan üçün kritik önəm daşıdığını xatırladıb.

“İransız Ermənistan türk dövlətləri ilə əhatələnmiş yarım dövlətə çevriləcək. Ermənistan hökumətinin siyasətinə görə, ölkə dünyadan təcrid olunur”- deyə ekspert vurğulayıb.   (Modern.az)