TƏBİB-də yoxlamalar aparılması ilə bağlı rəsmi açıqlama


Hesablama palatasından sorğusuna cavab olaraq bildirilib ki, yoxlama nəticələri kollegiya iclasında müzakirəyə çıxarıldıqdan sonra açıqlanacaq.

Qeyd edək ki, Palatanın həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yaradılmış Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) də yoxlamalar apardığı ilə bağlı məlumatlar mətbuatda yer alıb. Lakin qurum məlumatı təkzib edib və bildirib ki, TƏBİB-də heç bir yoxlama aparılmayıb.

Qeyd edək ki, ötən günlərdə TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı vəzifəsindən istefa vermişdi.(ölkə.az)