"Ramin Bayramlı bir dəfə çağırıb o alimlərdən soruşmadı ki, bu virus nədir?!"


“Bu barədə daha əvvəl də fikrimi bildirmişəm. Azərbaycanda Virusologiya İnstitutunda iki yüzdən çox alim işləyir. Amma Ramin Bayramlı pandemiya dönəmində bir dəfə çağırıb o alimlərdən soruşmadı ki, bu virus nədir?! O,  əvvəldən TƏBİB-ə sədr seçilməməli idi”.

Bu fikirləri  açıqlamasında tibb elmləri namizədi Rəşid Mahmudov bildirib.

O, TƏBİB-in İdarə Heyətindəki dəyişiklik barədə bunları qeyd edib:

“Azərbaycanda Səhiyyə Nazirliyi fəaliyyət göstərdiyi halda TƏBİB-ə nə ehtiyac vardı? Bütün suallara və məsələlərə Səhiyyə Nazirliyi cavab verməlidir. Səhiyyə Nazirliyi ola-ola işlər TƏBİB-ə həvalə edilib. Pandemiya dövründə bu işlə nazirlik məşğul olmalı idi. Koronavirusla mübarizədə fərqli sahələrdən olan həkimlərin xidmətindən istifadə edildi. Bu, düzgün istiqamət deyil. Bütövlükdə TƏBİB-in fəaliyyətindən narazıyam. Ona görə də, dəyişikliyin nəticəsi barədə fikir bildirə bilmirəm”.(demokrat)