İran 2-3 aya nüvə silahı yarada biləcək – İddia


İsrailin müdafiə naziri Beni Qants İranın nüvə silahı yaratmaq potensialı barədə danışıb.

Correct.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir Tehranın 1 nüvə başlığı yarada biləcəyini təxmin edib.

“İran 2-3 aya nüvə bombası yaratmağa kifayət edəcək material toplayacaq. ABŞ, Çin, Rusiya və Avropa Tehrana siyasi, iqtisadi və diplomatik təzyiq göstərməlidir”.

Beni Qants İranın nüvə silahı yaradacağı təqdirdə region ölkələrinin də analoji addım atacağını istisna etməyib.  (Modern.az)