Yaqub Zurufçu bu qəbirstanlığda dəfn ediləcək


Ötən gün koronavirusdan vəfat edən Əməkdar artist Yaqub Zurufçu  "Qurd qapısı" qəbirstanlığında dəfn olunacaq.

Correct.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Mərhum sənətkar  saat 13:00-da torpağa tapşırılacaq.

Qeyd edək ki, Yaqub Zurufçu ötən gün koronavirusdan dünyasını dəyişib.

O, 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində anadan olub. O, 15 yaşında Təbrizin Milli Televiziyasında ilk dəfə çıxış edərək "Evləri var xana-xana", "De gülüm gəlsin ay nənə", "Dilbər" mahnısını ifa edib. 1989-cu ildə Gülağa Məmmədovun dəvəti, “Vətən” cəmiyyətinin köməyi ilə ilk dəfə Azərbaycana gələn müğənni 2009-cu ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" adına layiq görülüb.