Rusiya kommunistləri seçkilərin nəticələrini tanımadı – Mitinq olacaq


Rusiya Kommunist Partiyası parlament seçkilərinin nəticəsindən narazı qalıb.

Correct.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, “Vahid Rusiya” partiyasının səs faizlərinin kəskin artmasından narazı qalıb.

“Əgər axşam saat 7 radələrində “Vahid Rusiya” partiyası ilə nəticələrimiz arasında 25-35% fərq var idisə, səhər bizim 6% səsimiz oğurlandı. Mən riyaziyyatçı kimi deyirəm, gecə boyunca “Vahid Rusiya”nın səsləri artıb, kommunistlərdə azalır və daha 2 partiyada isə yerində sayır”.

Kommunist Partiyası Moskvada keçirilən elektron səsvermənin nəticələrini tanlımadığını deyib. Partiya bu gün saat 19:00 üçün Moskvanın Puşkin meydanında mitinq çağırıb.  (Modern.az)