“Şəmkirdə keçmiş icra başçısının çox əməllərini eşidirdim, xalqımıza yaraşmayan hərəkətlər edirdi...”


“İnsanlar fərqlidirlər, çoxusunu tanımaq çətin olur. Bu mənada ölkə icra başçılarıyla bağlı çıxışıyla təyin etdiyi hər iki icra başçısına futboldakı kimi sarı kart göstərdi”

Bunu  açıqlamasında şair, oftalmoloq Paşa Qəlbinur ölkə başçısı İlham Əliyevin məmurlarla bağlı çıxışı haqda danışarkən deyib. Professor yeni təyin olunan icra başçılarının bütün bunlardan örnək götürəcəyini bildirib:

“Bu o deməkdir ki, ikinci sarı kartdan sonra meydandan gedəcəksiniz. Buna görə də hesab edirəm ki, indikilər əvvəlki sələfləri kimi olmazlar. Əslində ölkə başçımızın çıxışında hər şey deyildi. Yəni ağlı başında olan adam heç vaxtı yolunu aza bilməz. Əvvəlki sabiq icra başçılarını tanımamışam, amma əməllərini eşidirdim. Bizim xalqımıza yaraşmayan hərəkətlər sərgiləyirdilər. Bu mənada ümid edək ki, ölkə başçısının tarixi çıxışından sonra onlar yavaş-yavaş düzələcək və digərlərinə də bunların müsbət təsiri olacaq. Prezidentin bu çıxışı bizim ürəyimizdəndir. Mən Şəmkirdə böyümüşəm, hazırda həbsdə olan sabiq icra başçısının (red-Alimpaşa Məmmədov) əməllərini çox eşidirdim. Bizim xalqımıza yaraşmayan hərəkətlər edirdi. Mən belə bilirəm ki, indiki icra başçımız əvvəlkindən yaxşı olacaq”.  (Moderator.az)