Tanınmış infeksionistdən həyəcan təbili: "Delta"ya yoluxan gənclərin ağciyərləri...


"Son həftələrdə Covid-19-un "Delta" variantına yoluxan cavan şəxslərin ağciyərlərində daha tez ağırlaşma müşahidə edilir".

Bu açıqlamanı  infeksionist Vüqar Cavadzadə bildirib. Onun sözlərinə görə, belə olan halda KT müayinəsində ağciyərlərin 70,80 hətta 90% zədələnməsi aşkar edilir.

"Bildiyimiz kimi hal-hazırda ölkəmizdə karonavirusun delta variantı yayılmaqda davam edir. "Delta" variantı cavanlar arasında daha çox ağciyərlərin geniş həcimli zədələnməsi ilə müşahidə edilir. Bu halda yüksək hərarət bir neçə gün davam edir, hətta xəstəliyin ilk həftəsindən ağciyərlər geniş həcmli zədələr müşahidə edilir. Əgər evdə müalicə düzgün təşkil edilərsə vəziyyətin bu həddə gəlib çatmasının qarşısını almaq olar".(metbuat)