Sənədsiz evlərlə bağlı yeni xəbər var - Komissiyalar yaradıldı və...


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu günə qədər inventarlaşdırılma prosesi başa çatan sənədsiz evlərlə bağlı statistikanı açıqlayıb.

Əmlak Məsələləri Dövlət Xidmətindən  bildirilib ki, sənədsiz evlərin uçotunun aparılması ilə bağlı yerli icra hakimiyyətlərində komissiyalar yaradılıb və bu günə qədər 267 000-ə yaxın sənədsiz evin uçotu tamamlanıb.

2020-ci ildə COVID-19 pandemiyası ilə bağlı işlərin aparılmasında ləngimələr ortaya çıxıb. Bu səbəbdən ölkə üzrə uçot işi başa çatdırılmayıb.(redaktor)