Hamı ayağa qalxdı - “Ərdoğan müsəlman dünyasının lideridir”


BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün ABŞ-a gedən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan burada konfransa qatılıb.

 Ərdoğanın çıxışından əvvəl kürsüyə çıxan Nyu-Yorkdakı məscidin imamı Sirac Vahhaj Ərdoğanı müsəlman dünyasının lideri adlandırıb:
 

“83 milyonluq ölkənin liderisiniz. Bu böyük işdir. Amma məncə siz Müsəlman dünyasının liderisiniz”.

Onun açıqlamaları zalda böyük alqışa səbəb olub.(bizim.media)