Zelenski Ermənistandakı səfiri geri çağırdı


Ukrayna Prezidenti Vladimir Zelenski ölkənin Ermənistandakı səfiri İvan Kulebanı geri çağırıb.

Correct.az xəbər verir ki, bununla bağlı müvafiq sərəncam Ukrayna dövlət başçısının rəsmi saytında yerləşdirilib.

Bundan əlavə, Ukraynanın Litva, Misir, Əfqanıstan və Tacikistandakı səfirləri vəzifələrindən azad edilib.  (Modern.az)