Vaksin yoxlamalarındakı “sosial məsafə” – Yumşalmalardan sonra artım qaçılmazdır


Karantin rejimində bəzi yumşalmalara gedilsə də, pandemiya hələ də bitməyib. Ona görə də sosial məsafə, əl gigiyenası və maska tələblərinə hamılıqla riayət etməliyik.

Amma bəzi hallarda sosial məsafənin gözlənilməsinə riayət etmək bizdən asılı olmur. Elə universitetlərin, iri ticarət mərkəzlərinin girişindəki vaksin yoxlamalarındakı izdihamdakı kimi. Karantin yumşalamlarına qısa müddətdir gedilməsinə baxmayaraq, artıq yoluxma sayında artım müşahidə edilməyə başlayıb.

Bu barədə danışan Bakı Mühəndislik Universitetinin (BMU) elmi işlər üzrə prorektoru, təhsil eksperti Elçin Süleymanov bildirib ki, uzun aradan sonra dərslərin əyani şəkildə davam etməsi çox sevindiricidir:

“Hazırda ciddi izdiham olmur, çünki dərslərin yarısı onlayın, yarısı əyani şəkildə davam etdirilir. İlkgünkü problem yenidən yaşanmayıb. Pandemiya qaydalarına ciddi şəkildə əməl olunsa inanmıram ki, rəqəmlər artsın. Bir həftədir tədris prosesi davam edir və ciddi artım dinamikası müşahidə olunmur. Önümüzdəki, günlərdə də yoluxma sayına baxılaraq qərarlar veriləcək. Pandemiya qanunlarına ciddi əməl olunsa, ciddi bir artım olmayacaq. Rəqəmlər həyəcanverici həddə çatmayıb. Ümid edirəm ki, tədrisə bu şəkildə davam edəcəyik”.

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev saytımıza danışarkən, yaşanan izdihamların  aktiv xəstə sayına təsirsiz ötüşməyəcəyini söyləyib :

 “Yaşanan insan izdihamı  xəstə sayına təsir edəcək. Mən bu haqda rəy bildirmişəm ki, qapanmaya getməmiliyik, ancaq  maarifləndirmə işləri aparılmalıdır”.

Həkimin sözlərinə görə, yumşalmalardan sonra yoluxma sayında artım qaçılmazdır.   (Modern.az)