Deputat: “Qafqaz Müsəlmanları İdarəsinin ləğv edilməsi ilə bağlı dolaşan fikirlər əsassızdır”


"Qafqaz Müsəlmanları İdarəsinin ləğv edilməsi ilə bağlı dolaşan müxtəlif fikirlər əsassızdır. Çünki belə dini qurumlar təkcə Azərbaycanda deyil, Rusiya, İtaliya və demək olar ki, dünyanın əksər ölkələrində fəaliyyət göstərir. Həmçinin Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti təkcə Azərbaycanı deyil, bütün Qafqaz müsəlmanlarını əhatə edir. Sözsüz ki, belə dini qurumlar fəaliyyət göstərməlidir".

Bunu açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

O bildirib ki, Azərbaycanda din dövlətdən sonra gəlir, amma din bütün cəmiyyətlər üçün əhəmiyyətlidir: "Nəzərə almaq lazımdır ki, Qafqaz Müsəlmanları İdarəsi ölkədə Ramazan və Məhərrəm kimi vacib ayların dini ayinlərini həyata keçirir, maarifləndirmə və müəyyən nəzarət tədbirləri təşkil edir. Din bütün cəmiyyətlər üçün vacibdir".  (Pravda.az)