Hulusi Akar Afinaya xəbərdarlıq etdi


Yunanıstanda son zamanlar bəzi ölkələrin təşviqi ilə bəzi müqavilələr bağlayaraq, silahlanma sevgisi başlayıb.

Bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

“Əvvəlcə riyaziyyata, tarixə baxın. Bu cür cəhdlərlə Türkiyəyə qarşı üstünlük qazana bilməzsiniz, bu cəhddən əl çəkin! Yunanıstanda iqtisadi vəziyyət məlumdur, ciddi borc içindədirlər. Silahlanma sevgisi ilə bəzi israfçı xərclər edərək iqtisadiyyatı daha da pisləşdirməkdə və yunan xalqının rifahına qəsd edilməkdədir. Yunanıstandakı sağlam düşüncəli insanlar bunu görməlidir. Bu təşəbbüslərin heç biri mümkün deyil. Buna qarşı bütün tədbirləri aldıq və alırıq. Bu mövzuda son dərəcə qərarlı, qətiyyətliyik”, - deyə Akar bildirib.

Qeyd edək ki, Yunanıstan Fransa ilə hərbi müqavilə imzalayıb. Eyni zamanda, səhiyyəyə ayrılan büdcəni 12 faiz kəsərək, hərbi büdcəsini 40 faiz artırıb. Mütəxəssislər bunu Yunanıstanın Türkiyə ilə silah yarışına girməsi kimi dəyərləndiriblər.