Partiya sədri: “Qalib Salahzadəni döymüşəm, həbs etdirmişəm…”


“Qalib Salahzadə dələduzun biridir. Onun haqqında çox söz demişəm. Vaxtilə Qalibi döymüşəm, həbs etdirmişəm. Səviyyəsizin biridir”.

Bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sabiq deputat Qalib Salahzadə barəsində danışarkən deyib.

Partiya sədri qeyd edib ki, Qalib hacı deyil: "Hacı titulunu hardan, necə alıb, bəlli deyil. Məni hamı tanıyır, bir neçə dəfə prezidentliyə namizəd olmuşam. Qalib Salahzadə isə vətəndaşları incidir, Bakı kəndlərindən birini hasarlayıb, heç kimi buraxmır. Tərbiyəsiz adamlar haqqında çox söz deməyə ehtiyac yoxdur".  (Pravda.az)