Məsciddə törədilmiş terror aktı nəticəsində ölü və yaralı sayı 100-ü ötdü


Əfqanıstanın Qunduz vilayətində törədilmiş terror aktı nəticəsində ölü və yaralı sayı 100-dən çoxdur.

Correct.az-ın xəbərinə görə, bu barədə BMT-nin Əfqanıstana Yardım Missiyasından bildirilib.

BMT-nin Əfqanıstana Yardım Missiyası terror aktına görə dərin narahatlığını ifadə edib.

AFP-nin xəstəxanadakı mənbələrə istinadən verdiyi xəbərə görə, terror aktı nəticəsində ən azı 50 nəfər ölüb.