Şoyqu: “Rusiya İranla hərbi əməkdaşlığını qorumağa hazırdır“


"Rusiya İranla hərbi əməkdaşlığın dinamik və çoxşaxəli mahiyyətini qorumağa hazırdır".

Correct.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bu gün Moskvada İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqıri ilə görüşü zamanı deyib.

"Münasibətlərimiz çox dinamik inkişaf edir və çoxşaxəlidir, bunun bariz təsdiqi beynəlxalq terrorizmə qarşı birgə birgə mübarizəmizdir. Əlaqələrimizin inkişaf tempini qorumaq üçün hər cür səy göstərməyə davam etməyə hazırıq. Bu istiqamətdə işləmək üçün gələcək addımlar barədə müzakirə edəcəyimiz bir şey var. Münasibətlərimizin hazırkı inkişaf tempini qorumaq üçün hər cür səy göstərməyə hazırıq", - deyə nazir qeyd edib.  (Yenisabah.az)