ABŞ hərbi bazasından iki milyon dollarlıq yanacaq oğurlandı


Rumıniyadakı ABŞ hərbi bazasından iki milyon dollar dəyərində dizel yanacağı oğurlanıb.

Bu barədə Rumıniya polisi məlumat yayıb.

Məlumata əsasən, oğurluq yerli cinayətkar qrup tərəfindən 2017-ci ildən etibarən həyata keçirilib.

Artıq məsələ ilə bağlı yeddi nəfərin saxlandığı bildirilib.

Mənbə: TASS